Süni intellekt kursu · Bakı · əyani
AI Builders Bootcamp.
Üç ayda sıfırdan peşəkar səviyyəyə qədər: LLM API-ləri, RAG və evals, MCP serverlər, çoxagentli sistemlər və AI təhlükəsizliyi. Kursun sonunda öz rəqəmsal məhsulunuzu rahat şəkildə özünüz hazırlaya biləcəksiniz. Final layihəniz ödəniş qəbul edən, canlıda işləyən web və mobil məhsul olur. Hər dərs praktikdir və öz layihəniz üzərində keçir.
Növbəti qrup tezliklə başlayır. Başlama tarixini ilk olaraq qeydiyyatdan keçənlər öyrənir.
Bir qrup: 8 nəfər
Hər kəsin ekranına baxıb ilişdiyi yerdə dərhal kömək etmək üçün qrup kiçikdir.
$ claude "restoran sifarişləri üçün MVP qur: menyu, səbət, ödəniş"
● Plan: 6 addım · Next.js + Postgres + Stripe
● 23 fayl yazıldı · 41 test keçdi
$ git push && deploy
✓ Canlı: https://sizin-mehsulunuz.az
Üç ayın sonunda
Kursun sonunda öz rəqəmsal məhsulunuzu rahat şəkildə hazırlaya biləcəksiniz
LLM mühəndisliyi
Sənədlərinizlə işləyən RAG assistenti, dəqiqliyi eval dəsti ilə ölçülmüş.
Agent sistemləri və avtomatlaşdırma
MCP ilə öz sistemlərinizə qoşulmuş, təhlükəsizlik testindən keçmiş çoxagentli sistem.
Claude Code ilə məhsul qurmaq və çıxarmaq
Öz rəqəmsal məhsulunuz: ödəniş qəbul edən, domendə canlı işləyən web + mobil MVP və launch planı.
Proqram · 24 dərs
Həftə-həftə nə öyrənirsiniz
Ayı seçin və həftəyə klikləyin: hər dərsin mövzularını, praktikasını və ev tapşırığını görün.
- Claude Team planında şəxsi hesabınızın aktivləşdirilməsi (Claude Code daxil).
- GitHub hesabı, iki addımlı təsdiq (2FA), SSH açarı.
- Kompüterin hazırlanması: VS Code, Git, Node.js, Python, terminal əsasları.
- Hər iştirakçıya xərc limiti olan ayrıca API açarları.
- Final layihənin ilk ideyası: hansı problemi həll edəcək, kimin üçün.
Modellərin içini başa düşür, onlarla kod vasitəsilə işləyir, öz məlumatınızla danışan və keyfiyyəti ölçülən AI sistemi qurursunuz.
- OpenAI API
- Anthropic API
- Gemini
- Python
- TypeScript
- JSON Schema
- pgvector
- Whisper
- Dərs 1 · 2 saat
LLM necə işləyir və hansı modeli nə vaxt seçməli
- Token, kontekst pəncərəsi, temperatur və top-p: cavaba necə təsir edir
- Pretraining, fine-tuning, RLHF: model niyə "bilir" və niyə uydurur
- Reasoning modelləri və adi modellər: nə vaxt hansı
- GPT, Claude, Gemini və açıq modellər (Llama, Mistral, Qwen): güclü və zəif tərəfləri
- Qiymət modeli: giriş/çıxış tokenləri, keşlənmiş prompt, batch endirimi
- Benchmark-lara niyə kor-koranə inanmamaq lazımdır
Dərsdə: Öz işinizdən bir real tapşırığı 4 modeldə işlədib keyfiyyət, sürət və qiymət cədvəli qurursunuz.
Ev tapşırığı: Model seçimi sənədi: 3 tapşırıq × 4 model, rəqəmlərlə əsaslandırılmış seçim.
Dərs 2 · 2 saatPrompt mühəndisliyi peşəkar səviyyədə
- Sistem promptu, rol və kontekst: nə yazmalı, nə yazmamalı
- Few-shot nümunələr və onların sırasının təsiri
- Strukturlaşdırılmış çıxış: JSON Schema, validasiya, səhv formatın idarəsi
- Promptları zəncirləmək: böyük tapşırığı addımlara bölmək
- Prompt versiyalaşdırma və test dəsti ilə müqayisə
- Azərbaycan dilində işləyərkən tipik problemlər və həlləri
Dərsdə: Öz işinizdən 3 prosesi təkrar istifadə olunan prompt şablonlarına çevirir, 10 test nümunəsi ilə ölçürsünüz.
Ev tapşırığı: Şəxsi prompt kitabxanası: 10 şablon, hər biri test nümunələri və nəticə cədvəli ilə.
Model və promptu ölçmə nəticəsinə görə seçirsiniz.
Modul 1 layihəsi: bilik bazası assistenti
Öz işinizin və ya seçdiyiniz şirkətin sənədləri ilə işləyən, mənbə göstərən və keyfiyyəti ölçülən RAG assistenti.
- Ən azı 50 sənəd
- Hər cavabda mənbə
- 30 suallıq eval dəsti və nəticə hesabatı
- Xərc hesablaması
- Qrup qarşısında 5 dəqiqəlik demo
Sənədlərinizlə işləyən RAG assistenti, dəqiqliyi eval dəsti ilə ölçülmüş.
Kursdan sonra
Bunları özünüz qura və edə biləcəksiniz
Mobil tətbiqlər
iOS və Android üçün bir koddan tətbiq: giriş, bildirişlər, ödəniş və App Store, Google Play-ə çıxarış.
Web platformalar
Qeydiyyatı, istifadəçi kabineti və admin paneli olan tam işləyən veb sayt və platformalar.
Öz SaaS-ınız
Aylıq abunə ilə satılan onlayn xidmət: tariflər, ödəniş, istifadəçi idarəetməsi.
Öz startapınız
İdeyadan işləyən MVP-yə, oradan ilk istifadəçilərə və investora təqdimata qədər.
Onlayn satış sistemləri
Kataloq, səbət, onlayn ödəniş, sifariş və anbar idarəetməsi olan satış sistemi.
Şirkətiniz üçün daxili alətlər
CRM, tapşırıq paneli, sənəd generatoru və komandanızın gündəlik işini sürətləndirən digər alətlər.
Data analitika panelləri
Satış, reklam və maliyyə rəqəmlərini bir ekranda toplayan və hər səhər hesabat göndərən panellər.
Chatbotlar
Saytda, Telegram və WhatsApp-da sifariş qəbul edən, sualları şirkət məlumatı ilə cavablayan botlar.
Avtomatlaşdırılmış iş axınları
Müraciət, hesabat, yazışma və bildiriş işini insansız görən n8n axınları və AI agentlər.
Open-source layihələrlə işləmək
GitHub-dakı hazır açıq mənbəli layihələri tapmaq, öz ehtiyacınıza uyğunlaşdırmaq və onlara töhfə vermək.
Rəqəmsal düşüncə tərzi
Hər təkrarlanan işə "bunu necə avtomatlaşdıra və ölçə bilərəm?" sualı ilə baxmaq vərdişi.
Marketplace
Alıcı ilə satıcını birləşdirən platforma: elanlar, axtarış, mesajlaşma və ödəniş.
Rezervasiya sistemi
Klinika, salon və ya restoran üçün onlayn yer tutma və avtomatik xatırlatmalar.
Kurs və üzvlük platforması
Ödənişli video dərslər, üzvlük səviyyələri və sertifikat sistemi.
AI agent komandası
Bir-birinin işini yoxlayan, sizin sistemlərinizə MCP ilə qoşulmuş agentlər.
Səsli AI operator
Zəngə cavab verən, sifariş və ya qeydiyyat qəbul edən səsli agent.
Sənəd emalı sistemi
Faktura, müqavilə və qəbzləri oxuyub məlumatı cədvələ və ya ERP-yə köçürən AI.
Məzmun və SEO sistemi
Açar sözlərə görə məqalə hazırlayan, redaktə yoxlamasından keçirib sayta yerləşdirən axın.
Lead toplama sistemi
Reklamdan, saytdan və sosial şəbəkədən gələn müraciətləri toplayıb qiymətləndirən və satışa ötürən sistem.
Brauzer genişlənməsi
İş axınınızı sürətləndirən Chrome əlavəsi, məsələn, səhifəni bir kliklə xülasə edən və ya CRM-ə yazan alət.
Kimlər üçündür
Kod bilmək lazım deyil. Ciddi niyyət, vaxt və real problem lazımdır.
Sahibkar və kiçik biznes
Satış, müraciət və hesabat işini avtomatlaşdırıb komandanı böyütmədən böyümək istəyənlər.
Marketinq və satış
Kontent, reklam və müştəri axınını AI ilə sürətləndirmək istəyənlər.
Menecer və ofis işçisi
Gündəlik sənəd, cədvəl və yazışma işinə saatlarla vaxt itirənlər.
Tələbə və karyera dəyişənlər
Bazarın ən çox axtardığı bacarığı portfolio layihəsi ilə qazanmaq istəyənlər.
- Proqramlaşdırma bilmək tələb olunmur. Kodu Claude Code yazır, siz onu oxumağı, yoxlamağı və idarə etməyi öyrənirsiniz. Temp sürətlidir.
- Öz noutbukunuz (Windows və ya Mac), çünki dərslər praktikdir.
- Həftədə 6–8 saat ev tapşırığına vaxt: hər həftənin sonunda işləyən nəticə olmalıdır.
- AI abunəsi almağa ehtiyac yoxdur: kurs müddətində hər tələbəyə şəxsi Claude hesabı (Claude Code daxil) verilir.
- Öz işinizdən və ya ideyanızdan bir real problem. Layihələri onun üzərində qururuq.
Müəllim
Anar Rüstəmli
Rəqəmsal marketinq strateqi və AI adaptasiyası üzrə mütəxəssisəm. Bu kursda göstərəcəyim hər şeyi öz işimdə hər gün istifadə edirəm. Aşağıdakılar hazırda işləyən sistemlərdir.
Haqqımda ətraflı16 AI agentdən ibarət iş komandası
Kod auditi, PR, QA, blog və planlaşdırmanı Codex və Claude agentləri görür; nəticəni avtomatik yoxlama qəbul edir, son sözü mən deyirəm.
Gecə işləyən avtomatik növbə
Mən yatanda agentlər növbədən tapşırıq götürür, iş GitHub-da sübut olunmadan “bitdi” sayılmır, səhər hesabat hazır olur.
n8n ilə tokensiz avtomatlaşdırma
Saytların monitorinqi, kontent kvotası və bildirişlər AI-sız, sabit qaydalarla işləyir. AI yalnız həqiqətən lazım olan addımda çağırılır.
Şifrəli ehtiyat nüsxə və CI
Məhsulların bazaları hər gecə başqa serverə şifrəli gedir; hər kod dəyişikliyi avtomatik testdən keçir.
Canlı məhsullar
Brify, Commy, Rolejob, AdsPog, Narpy ERP və MOTOM. Real istifadəçisi olan bu məhsulları eyni üsullarla qurur və idarə edirəm.
AI Builders icması
abcommunity.org: Azərbaycanda AI ilə məhsul quranların icması.
Suallar
Tez-tez verilən suallar
Heç vaxt kod yazmamışam. Bu kurs mənim üçündür?
Bəli, amma asan olmayacaq. Birinci həftədən kodla işləyirik: kodu Claude Code yazır, siz isə tapşırığı dəqiq qoymağı, kodu oxumağı, test etməyi və canlıya çıxarmağı öyrənirsiniz. Həftədə 6–8 saat ev tapşırığına vaxt ayıra bilirsinizsə, bacaracaqsınız.
Niyə yalnız 8 nəfər?
Dərslərin yarısı praktikadır. 8 nəfərdə hər kəsin ekranına baxıb ilişdiyi yerdə dərhal kömək etmək mümkündür.
Dərslər harada və nə vaxt keçirilir?
Bakıda, əyani formada, həftədə iki dəfə 2 saat. Dəqiq ünvan və saatlar qrup formalaşanda qeydiyyatdan keçənlərə bildirilir; qeydiyyatda sizə uyğun vaxtı qeyd edə bilərsiniz.
Kursun qiyməti nə qədərdir?
Qiymət və ödəniş şərtləri qeydiyyatdan sonra sizinlə fərdi danışılır.
Pullu AI abunələri lazımdırmı?
Xeyr. Kurs müddətində hər tələbəyə şəxsi Claude hesabı (Claude Code daxil) verilir. Digər xidmətlər üçün pulsuz limitlərdən istifadə edirik; hansısa tapşırıq əlavə xərc tələb etsə, əvvəlcədən deyirəm. Kursdan sonra hansı alətə pul xərcləməyə dəyər, bunu da real rəqəmlərlə göstərirəm.
Artıq proqramçıyam. Mənim üçün yeni nə olacaq?
RAG və evals, MCP serverlər, çoxagentli orkestrasiya, AI təhlükəsizliyi və Claude Code ilə paralel AI developer komandası. Bunlar AI-ı məhsula peşəkar səviyyədə qoşmaq üçün lazım olan bacarıqlardır. Final layihədə daha mürəkkəb məhsul seçə bilərsiniz.
Dərsi buraxsam nə olur?
Hər dərsin tapşırığı və materialı yazılı olur; buraxılan mövzunu növbəti dərsdən əvvəl qısa görüşdə tamamlayırıq.
Kursun sonunda nə olacaq?
İşləyən şəxsi assistent, real avtomatlaşdırma və internetdə canlı olan öz web/mobil məhsulunuz, üstəlik sertifikat.
Qeydiyyat
Növbəti qrupa yer ayırın
Əvvəlcə 10 suallıq qısa qəbul testindən keçin. Test kursun tempinə hazır olduğunuzu yoxlayır. Uyğun gəlsəniz qeydiyyat forması açılır və kursun tam proqramı e-poçtunuza gəlir.
- Qeydiyyat ödənişsizdir və sizi heç nəyə məcbur etmir.
- Qrupda 8 yer var, yerlər müraciət sırası ilə tutulur.
- Kurs müddətində şəxsi Claude hesabı (Claude Code daxil) verilir.
- Sualınız varsa: WhatsApp.
Faylı bir qovluqdan başqa qovluğa köçürməyin ən sadə yolu hansıdır?
Qeydiyyat üçün 10 sualdan ən azı 8-ni düzgün cavablandırmaq lazımdır. Kod biliyi tələb olunmur.