Biznesləri AI dövrünə hazırlayıram
Salam, mən Anar Rustamliyam — rəqəmsal marketinq strateqi, böyümə arxitektoru və AI adaptasiyası meneceri.
Bizneslərə strategiya ilə icra arasındakı boşluğu bağlamaqda kömək edirəm — avtomatlaşdırma və AI-əsaslı sistemləri birləşdirərək; kampaniyalar yox, davamlı böyümə mühərrikləri qururam.

Anar Rustamli haqqında
Anar Rustamli — süni intellekt əsaslı böyümə sistemləri və biznes avtomatlaşdırması üzrə ixtisaslaşmış rəqəmsal marketinq strateqi, AI adaptasiyası eksperti və texnologiya sahibkarıdır. Texnologiyaya sadəcə alətlər toplusu kimi yox, real problemləri həll edən, ölçülə bilən nəticə verən və davamlı böyüməyə imkan yaradan sistem kimi yanaşır.
Peşəkar təcrübəsi SEO, ödənişli media platformaları, data və analitika, marketinq avtomatlaşdırması və məhsul-yönümlü böyümə strategiyalarını əhatə edir. Anar ayrı-ayrı kampaniyalara yox, sistem səviyyəsində düşüncəyə fokuslanır.
Böyümə kampaniya deyil, sistemdir.
Bu fəlsəfə rəhbərlik etdiyi hər layihəni istiqamətləndirir: qısamüddətli taktikalar əvəzinə uzunmüddətli struktur. Fokus həmişə strategiyanı, datanı, icranı, avtomatlaşdırmanı və ölçülə bilən biznes nəticələrini birləşdirən sistemlərdədir.
Peşəkar fokus və proqramlar
Anar Rustamli real keyslər üzərində qurulmuş AI-fokuslu proqramlar və vörkşoplar dizayn edib aparır. Bu proqramların məqsədi prosesləri avtomatlaşdıraraq, data-analitika axınları quraraq, marketinq və məhsul inkişafında daha sürətli nəticələr əldə edərək AI-dan praktik dəyər çıxarmaqdır.
İştirakçılar həm də gələcəkdə bu bacarıqları miqyasda tətbiq etməyə zəmin yaradan mikro-layihələr üzərində işləyirlər.
Bilik paylaşımı və sosial təsir
Davamlı tədris qrafiki saxlamasa da, Anar Rustamli bilik paylaşmağa və dəyər yaratmağa dərindən bağlı qalır. Elə buna görə onun üçün xüsusi məna daşıyan HER IT Journey layihəsində ikinci dəfə iştirak edib.
Bu təşəbbüs təkcə təhsil proqramı deyil — dəyərlər, imkan və gücləndirmə platformasıdır. PAŞA Holding MMC-nin dəstəyi ilə layihə Gəncə, Qarabağ, Naxçıvan, Şəki, İmişli və digər bölgələrdən qadınları bir araya gətirib.
Rəqəmsal bacarıqlardan əlavə, proqram qadınların müstəqilliyini və daha geniş ictimai təsir yaratma imkanlarını dəstəkləyir.
İnstitusional və dövlət sektoru təlimləri
Oktyabrın 11-12-də Anar Rustamli "Azərbaycanda Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institusional potensialının gücləndirilməsi" layihəsi çərçivəsində təlim keçib. Təlimin mövzusu Rəqəmsal media alətlərində marketinq kommunikasiyasının idarə edilməsi olub.
Sessiyalarda iştirakçılara rəqəmsal kanallarda KPI idarəetməsi, GDPR və data qorunması prinsipləri, habelə rəqəmsal platformalarda kontent, müştəri-mərkəzli və vətəndaş-yönümlü marketinq-PR fəaliyyətlərinin idarə edilməsi təqdim olunub.
Tanınma və beynəlxalq təcrübə
2022-ci ildə Anar Rustamli "Beynəlxalq Rəqəmsal Marketinq Mütəxəssisi" adına layiq görülüb və Dubayda keçirilən MENA Digital Awards & Digital Media Forum-a münsif qismində dəvət alıb.
Qlobal analitika ankonfrans seriyası olan MeasureCamp Baku-nun təşkilində iştirak edib, Azərbaycan Rəqəmsal Marketinq İcması (ADMC)-nın həmtəsisçisi kimi 500-dən çox iştirakçıya fayda verən vörkşoplara töhfə verib. Google Partner statusunu da yeniləyib.
Peşəkar fəlsəfə
Anar Rustamli üçün texnologiya son məqsəd deyil, dəyər yaratma vasitəsidir. İşinin mərkəzində insanları, komandaları və təşkilatları daha ağıllı və davamlı işləməyə qadir edən sistemlər qurmaq dayanır. İllər ərzində yüzlərlə təlim, kurs və seminar vasitəsilə minlərlə gənc mütəxəssislə biliyini bölüşüb.
Təlim və ekspertiza sahələri
- Rəqəmsal marketinqin əsasları
- Axtarış Motoru Optimallaşdırması (SEO)
- Google Ads
- Meta Ads: Business Manager, Facebook və Instagram reklamları
- Korporativ reklam və marketinq həlləri
- Google Analytics 4 ilə veb analitika
- Looker Studio ilə hesabat və data vizuallaşdırması

