Balaca Şahzadə: hekayədən biznes baxışına doğru
Bu yazıda məqsədim kitabı izah etmək deyil.
Əvvəlcə əsərdə baş verən real hadisəni xatırladıram, sonra sakitcə onu mənim baxışıma keçirirəm.
Nə müqayisə edəcəm, nə də “bu o deyil” deyəcəm. Sadəcə eyni hadisəyə başqa yerdən baxacam.
Balaca Şahzadə buna imkan verir. Çünki bu kitab hekayə danışır, amma düşündürmək üçün.
Biznes səhraya bənzəyir
Kitabdakı hadisə:
Pilot…
Hər şeyi düzəltmək istəyi niyə insanı zəiflədir?
Bir nöqtədən sonra insan artıq problemlə yox, problem hissi ilə yaşayır. Ortada real bir böhran olmaya da bilər. Amma daxildə bir narahatlıq var. Elə bil nəsə yerində deyil. Və bu hissi daşımaq çətindir. Ona görə insan ətrafı düzəltməyə başlayır.
Bir detalı. Bir prosesi. Bir insanı.
Hər şeyi düzəltmək istəyi çox…
Problemi həll etməzdən əvvəl onu görmək
Ən çox etdiyimiz səhv problemin özündən qaçmaqdır. Onu görən kimi həll axtarmağa başlayırıq. Sanki problem orada bir saniyə də artıq qalsa, bizi udacaq. Ona görə tez bir cavab tapmaq istəyirik. Bir plan. Bir addım. Bir düzəliş.
Amma çox vaxt bu tələskənlik problemi yox etmir, sadəcə yerini dəyişir.
Problemi görmək…
Sistem nə vaxt alət olmaqdan çıxır?
Sistem ilk qurulanda adətən kömək etmək üçün yaranır. Yükü azaltmaq, qarışıqlığı nizamlamaq, təkrarı avtomatlaşdırmaq üçün. Sən düşünəsən deyə, o işləsin. Sən qərar verəsən deyə, o xatırlatsın.
Yəni başlanğıcda sistem alətdir. Sənin uzantındır. Sənin niyyətinin davamıdır.
Amma bir nöqtə var. Səssizdir. Kəskin deyil. Və çox adam onu qaçırır. Elə bu…
Sistemi quran insan niyə sonda ona tabe olur?
Ən paradoksal şey budur:
insan sistemi azad olmaq üçün qurur,
amma bir müddət sonra həmin sistemin içində sıxılır.
Başlanğıcda niyyət təmiz olur. Sistem yaranır ki, xaos azalsın. Qərarlar asanlaşsın. Təkrar işlər avtomatikləşsin. İnsan daha çox düşünə bilsin. Daha az yorulsun. Daha az dağınıq olsun.
Sistem bir növ dayaqdır. Sənin yerinə xatırlayan,…
Uzunmüddətli düşünmək niyə hamıya ağır gəlir?
Uzunmüddətli düşünmək çətin deyil, əslində. Ağırdır. Çünki insanı birbaşa öz içi ilə üz-üzə qoyur. Səni nəticə ilə yox, özünlə tək buraxır.
Qısamüddətli düşünəndə həmişə bir bəhanə var. Reklam idi. Alqoritm idi. Bazar idi. Zaman idi. Nəsə baş verdi və sən reaksiya verdin. Özünü günahlandırmağa ehtiyac qalmır. Hərəkət var, səs var,…
Rəqəmlər nə vaxt yol göstərir, nə vaxt aldadır
Bir nöqtədən sonra biznesdə rəqəmlər çoxalır. Dashboardlar yaranır. Həftəlik reportlar, aylıq cədvəllər, müqayisələr, oxlar, faizlər. Hər şey ölçülür. Elə bil nə qədər çox ölçürüksə, bir o qədər güvəndəyik.
Amma çox vaxt əksinə olur. Rəqəmlər artdıqca aydınlıq azalır.
Çünki rəqəmlər səni sakitləşdirə də bilər, uyuşdura da bilər. Xüsusilə də yorğun…
Growth kampaniya deyil, sistemdir – niyə?
Bizneslərin çoxu growth-u hələ də bir hadisə kimi yaşayır. Nəsə edirik, nəsə olur, sonra hər şey sakitləşir. Sanki dalğa gəlir, vurur, çəkilir. Və biz növbəti dalğanı gözləyirik.
Bu gözləmə hissi çox yorucudur.
Hər dəfə eyni dövr: motivasiya → hərəkət → nəticə → boşluq. Boşluq isə ən təhlükəli yerdir. Çünki…
