Təqdimat Hazırlamaq üçün Effektiv Promt və Alət - Anar Rustamli
5 Dəqiqədə Təqdimat hazırla Çox vaxt hamımız təqdimat yazmağa mövzusuz, strukturuz və ən pisi – məqsədsiz başlayırıq. Əslində isə təqdimat yazmaq, sadəcə slayd düzəltmək deyil. Bu – düşünməkdir. Fikri ardıcıllıqla qurmaq, bir ideyanı yola çıxarıb, dinləyicini onunla birlikdə aparmaqdır. Və…

5 Dəqiqədə Təqdimat hazırla
Çox vaxt hamımız təqdimat yazmağa mövzusuz, strukturuz və ən pisi – məqsədsiz başlayırıq.
Əslində isə təqdimat yazmaq, sadəcə slayd düzəltmək deyil. Bu – düşünməkdir. Fikri ardıcıllıqla qurmaq, bir ideyanı yola çıxarıb, dinləyicini onunla birlikdə aparmaqdır.
Və bunun ən güclü yolu — özünə doğru sualları verməkdən keçir.
Promt nədir və niyə bu qədər güclüdür?
Promt – sadəcə bir tapşırıq, cümlə və ya göstəriş deyil.
O, sənin məqsədini və nə istədiyini ifadə edən tapşırıq modelidir
Əgər sən bir ideyanı dəqiq ifadə edə bilmirsənsə, o ideya hələ formalaşmayıb.
Əgər promtun dəqiq deyilsə, AI və ya insan cavab verə bilmir – çünki nə soruşduğunu sən də bilmirsən.
Yaxşı promt:
- məqsədi bəlli edir
- konteksti göstərir
- və axını qurur
Bu yazıda sənə təqdimat hazırlamaq üçün istifadə edə biləcəyin çoxfunksiyalı və sadə bir promt təqdim edirəm.
Təqdimat üçün Nə Lazımdır?
Əgər AI və ya öz beyninlə yaxşı bir təqdimat hazırlamaq istəyirsənsə, aşağıdakı 6 sualı mütləq cavablandırmalısan:
| Sual | Niyə vacibdir? |
| Mövzu nədir? | Təqdimatın mərkəzi ideyasını müəyyən edir |
| Kimə danışırsan? | Auditoriyanı tanımaq üslubu dəyişir |
| Məqsədin nədir? | İlham vermək? Satmaq? Məlumatlandırmaq? |
| Slaydlar necə axmalıdır? | Girişdən nəticəyə gedən yol haradan keçir? |
| Ton necə olmalıdır? | Rəsmi? İnfoqrafik? Motivasiyaedici? |
| Neçə slayd, nə qədər vaxt? | Bu, dərinlik və temp qərarlarını müəyyənləşdirir |
Təqdimat Üçün Tam Promt Nümunəsi
Aşağıdakı promtu istər AI-ya ver, istər öz beyninə hər iki halda nəticə axıcı bir təqdimat hazırlamış olacaqsan:
Mənə aşağıdakı məlumatlara əsasən 10 slayddan ibarət, peşəkar, lakin motivasiyaedici tonda bir təqdimat hazırla. Slaydları bölmə-bölmə təqdim et. Hər slayd üçün:
– Başlıq
– Alt başlıq və ya məzmun
– Vizual təklif (nə görsənsin?)
– Qısa izah
Məlumatlar:
Mövzu: Brendinqin psixologiyası
Məqsəd: Auditoriyanı brendin emosional aspektlərinə fokuslamaq
Auditoriya: Marketinq komandası (orta səviyyə)
Struktur: Giriş – Problem – Dərinləşmə – Strategiya – Nəticə
Stil: Minimalist, monoxrom, az mətn – çox fikir
Uzunluq: 10 slayd, 15 dəqiqəlik çıxış üçün
Bu promt niyə işləyir?
Çünki o, sadəcə məlumat istəmir.
O, sənə fikrini yol xəritəsi kimi quran bir struktur verir.
Sən artıq nə qədər slayd edəcəyini, nə deyəcəyini, necə deyəcəyini əvvəldən bilirsən.
Yəni:
- Vaxtına qənaət edir
- Stressi azaldır
- Və ən əsası: özünə inamını artırır
Öz təqdimatın üçün şablon
Buradakı boşluqları doldur və sənin üçün lazım olan əlavə detalları qeyd et
Mənə aşağıdakı məlumatlara əsasən təqdimat hazırla:
Mövzu: [Buraya yaz]
Məqsəd: [Buraya yaz]
Auditoriya: [Buraya yaz]
Struktur: [Buraya yaz]
Stil: [Buraya yaz]
Uzunluq: [Buraya yaz
AI istifadə etsən də, etməsən də – yaxşı düşüncə yaxşı sualdan doğur.
“Prompted by Anar” seriyasını izlə:
Bu kimi strukturlu promtları vizual və videolu formada Instagram seriyamda paylaşacağam məni izlə
@rustamlianarr
Yüklənə bilən əlavə: 50 hazır ChatGPT promptu
Strategiya, araşdırma, marketinq, satış və əməliyyat üçün Azərbaycan dilində hazırlanmış praktik prompt kitabxanası.
Mən Anar Rustamli — böyümənin, texnologiyanın və insan düşüncəsinin kəsişməsində işləyən strateq, sahibkar və AI tətbiqi lideriyəm. 2016-cı ildən işim bizneslərə sürətlə dəyişən rəqəmsal mühitdə inkişaf etməyə kömək etmək üzərində qurulub. Böyümə sistemləri, AI-əsaslı iş axınları və nəticəni məqsədlə uzlaşdıran strateji çərçivələr dizayn edirəm. İnanıram ki, əsl böyümə strategiya, data və insan fəhmi birlikdə işləyəndə baş verir — missiyam bizneslərə AI-ı elə tətbiq etməkdə kömək etməkdir ki, həm nəticələri, həm kimlikləri güclənsin.

